Türkiyənin "Hatayspor" komandası Superliqada çıxışını dayandırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.
Funksioner bildirib ki, klub zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmir: "Bununla bağlı TFF-yə məktub göndəriblər. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik".
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.