Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu formasını geyindiyi Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda poker edib.
Sportnet.az-ın məlumatına görə, səfərdə "Əl-Vəhdə"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda bütün qolları 38 yaşlı hücumçu vurub.
O, 21, 40, 51 və 61-ci dəqiqələrdə fərqlənib. Təcrübəli forvard 3-cü qola penaltidən imza atıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Əl-Nəsr" liderliyini möhkəmlədib. 15 xalı olan "Əl-Vəhda" isə 13-cüdür.
-----------------------------------------------
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu indiyədək çıxış etdiyi ölkə çempionatlarında 500-cü qolunu vurub.
Sportnet.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı Peşəkar Liqasında "Əl-Vəhdə" ilə XVI tur oyununda fərqlənməklə nail olub.
21 və 40-cı dəqiqələrdə rəqib qapısına yol tapan təcrübəli forvardın ilk qolu yubiley xarakteri daşıyıb.
Qeyd edək ki, ilk hissədən sonra hesab "Əl-Nəsr"in xeyrinədir - 2:0.