"Hər oyunda qalib gəlmək istəyirik. Məşqçilər heyəti də bunu hədəfləyir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığmasının futbolçusu Kərim Onisivo F qrupundakı şansları barədə yerli mətbuata açıqlamasında deyib.
Almaniyanın "Maynts" klubunda çıxış edən 31 yaşlı hücumçu bildirib ki, İtaliya ilə yoldaşlıq oyunundakı 2:0 hesablı qələbə onların nəyə qadir olduğunu göstərib: "Bu, tamaşaçılar üçün də cəlbedici oldu. Onlar yenidən stadiona getməyə başlayıblar. Gələcəyə nikbin baxıram. Çünki Ralf Ranqnik kimi baş məşqçimiz var. Onun oyun sistemi məni ruhlandırır".
Qeyd edək ki, Azərbaycan millisi F qrupunda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.