UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman, İtaliya “Milan”ından Rafael Leao və Portuqaliya “Benfika”sından Fredrik Aursnes iddia edirlər.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.