Polşa millisinin və İspaniya "Barselona"sının futbolçusu Robert Levandovski 12 ildən sonra sonra ilk dəfə UEFA Avropa Liqasının oyununda meydana çıxacaq.
Sportnet.az xəbər verir ki, 35 yaşlı hücumçunun adı evdə İngiltərənin "Mançester Yunayted" klubuna qarşı keçiriləcək pley-off mərhələsinin ilk matçının start heyətinə salınıb.
Təcrübəli forvard sonuncu dəfə 2010/2011 mövsümündə Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə bu turnirdə çıxış edib.
Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.