İspaniya "Barselona"sı ABŞ-ın "Los-Anceles" komandasından heyətinə qatdığı Xulian Arauxonun keçidini həll edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi meksikalı müdafiəçi ilə müqavilə imzalayıb. Sözləşmənin detalları bəlli deyil.
22 yaşlı oyunçu qış transfer pəncərəsinin son günündə "Barselona"ya keçməli idi. Lakin klubun onu qeydiyyatdan keçirmək üçün 18 saniyəsi çatmadığından müqavilə pozulub. La Liqa təmsilçisi yalnız İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra gənc futbolçunun keçidini tamamlaya bilib.
Qeyd edək ki, Xulian Arauxo cari mövsümü "Barselona"nın əvəzedici komandasında keçirəcək.