
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, komanda XXI turda evdə "Sürix"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Meydan sahiblərinin yeganə qoluna start heyətində meydana çıxan Dadaşov imza atıb. 24 yaşlı hücumçu 30-cu dəqiqədə penaltidən fərqlənib. Bu, forvardın cari mövsümdə 5-ci qolu olub.
Dadaşov 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qrasshopper" çempionatda 24 xalla 7-ci sıradadır.