“Komandamın yüksək hədəflərə çatması üçün əlimdən gələni edəcəyəm”.
Sportnet.az xəbər verir ki, bunu Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna yeni transfer edilən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk deyib.
Polşa təmsilçisi “Visla”dan (Plotsk) keçən 25 yaşlı müdafiəçi Cənubi Koreya klubunun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.
Qeyd edək ki, Anton Krivotsyuk “Visla”ya 2021-ci ilin yayında “Neftçi”dən keçib.