AFFA milli komandanın səfərdə İsveç yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununda mümkün erməni təxribatı ilə bağlı UEFA-ya və yerli federasiyaya müraciət edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında bildirib.
O, yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb: "Belə informasiya çıxıbsa, təbii ki, UEFA-ya və İsveç Futbol Federasiyasına bununla bağlı məlumat veriləcək".