- “Qarabağ” və “Neftçi” Premyer Liqanın XXIV turunda “Azersun Arena”da qarşılaşacaqlar. Bu görüşdən nə gözləyirsiniz? - “Qarabağ”ın Belçikada “Gent”ə qarşı 120 dəqiqə mübarizə aparması və məğlub olması “Neftçi”nin xeyrinə işləyə bilər? - Bəs “Qarabağ”ın “Gent”i keçməməsinə səbəb nə idi? - “Qarabağ”ı bütün bu problemlərin fonunda “Neftçi” önündə favorit saymaq olar? - “Qarabağ” yəqin ki, heyətdə rotasiyalar edəcək və ehtiyat qüvvə ilə meydana çıxacaq. Buna rəğmən Ağdam klubunun yenə favorit sayılması iki komanda arasında fərqin böyük olmasının göstəricisi deyil? - Bu görüşün çempionluq mübarizəsinə hansısa təsiri ola bilər? - Hər iki komandada oynamısınız, “Neftçi” ilə baş məşqçi kimi də uğur qazanmısınız. Hansına azarkeşlik edəcəksiniz? - Premyer Liqada qış fasiləsindən sonra artıq 6-cı tur oynanılır. Millinin 2023-cü ildəki ilk rəsmi matçlarına isə cəmi bir ay vaxt qalıb. Yığma üzvlərinin hazırkı durumu ürəyinizcədir? - AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriyanın, 27-də isə İsveçin qonağı olacaqsınız. Həmin səfər görüşlərində nəyə ümid edəcəksiniz?
- Bu komandaların duelində həmişə ajiotaj olur. Çünki derbi və 6 xallıq oyun kimi baxılır. Amma bu dəfə matçın həmin ab-havada keçəcəyini düşünmürəm. Məsələ burasındadır ki, aralarında xal fərqi çoxdur. “Neftçi”nin rəqibi ilə birinci yer uğrunda mübarizə aparması real görünmür. “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”ə məğlub olması komandada psixoloji gərginliyə, enişə yol aça bilər. “Neftçi” isə son dörd oyunun üçündə qalib gəlib. Son turlar uğurlu nəticələr qazansalar da, hələ də tam “Neftçi”yə layiq oyun göstərdiklərini deməzdim. Buna 6 xallıq matç demək olmaz. Adi çempionat görüşüdür. İstənilən halda bu komandaların qarşılaşması zamanı gərginlik olur. “Qarabağ”ın futbolçularında müəyyən yorğunluq var. Üstəlik, yeni transferlər hələ formada deyillər. Ancaq “Qarabağ” güclü ehtiyat qüvvəsinə malik komandadır. Yəqin ki, Qurban Qurbanov rotasiyalar edəcək, ehtiyat qüvvəyə şans verəcək. Onlar da özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
- Əlbəttə. Komandaların oyun təqviminin sıxlığına nəzər yetirsək, “Neftçi” üstün görünə bilər. Amma nəzərə alaq ki, “Qarabağ” bütün diqqətini çempionata cəmləyə biləcək. Çünki nə ölkə kubokunda, nə də artıq avrokuboklarda iştirak edir. Bütün fikirlərini Premyer Liqaya yönəldəcəklər. Ən yaxın izləyiciləri sayılan “Sabah” və “Neftçi”nin xal fərqini azaltmamasına çalışacaq.
- “Qarabağ”da fiziki cəhətdən hələ də müəyyən çatışmazlıq var. Yeni gələnlər, zədədən qayıdanlar var. Belçikadakı görüşün birinci hissəsində təmsilçimiz üstün idi. Amma getdikcə bunu əldən verməyə başladı. Xüsusən də, əvəzetmələrdən sonra disbalans yarandı. Rəqibin sonradan meydana daxil olan oyunçuları komandanı gücləndirdilər. “Qarabağ”da isə əvəzetmədən oyuna qoşulanlar əlavə güc qata bilmədilər. “Gent”in qolu da gözlənilirdi. Əlavə edilmiş vaxtda isə qol olmaması “Qarabağ” üçün əlverişli idi. Ancaq penaltilər seriyası artıq lotereyadır. Burada bəxt gətirmədi. “Gent”i üstələyərək, yeni tarix yazmaq olardı. Çünki “Gent” keçilməyəcək komanda deyildi.
- “Qarabağ”ın ümumi üstünlüyünü qeyd eləmək olar. Ancaq belə oyunda sürpriz də istisna deyil. “Qarabağ”ın indiki durumunu nəzərə alsaq, “Neftçi” qələbə qazana bilər.
- Düz qeyd elədiniz. “Qarabağ”ın eyni gücdə iki heyəti varsa, “Neftçi”də belə imkan yoxdur. “Neftçi”nin ehtiyat qüvvəsi elə geniş deyil. Bu komandada hansısa futbolçunun sıradan çıxması böyük problemə səbəb ola bilər. Matçların gedişində də bunu hiss eləmək olur. “Qarabağ”la oyunların birinci hissələrində “Neftçi” yaxşı çıxış edir. Hətta bəzən fasiləyə öndə də yollanır. Amma ikinci hissədə “Qarabağ” əvəzetmələrlə güclənir, “Neftçi” bunu edə bilmir. Belədə də üstünlük “Qarabağ”ın tərəfinə keçir.
- “Neftçi” qalib gəlsə, intriqa bir az arta bilər. Belə vəziyyətdə “Sabah” da qələbə qazanmaqla, bir qədər yaxınlaşar. Yenə də “Qarabağ”ın çempionluğu əldən verəcəyinə inanmıram. Bu mövsüm “Qarabağ”ın titul qazanmaq üçün yeganə şansı çempionatdır.
- “Neftçi”nin yetirməsiyəm, orada həm futbolçu, həm də məşqçi kimi çalışmışam. Əlbəttə ki, simpatiyam bu komandayadır. Amma meydanda kim güclüdürsə, o da qalib gəlsin. Millinin məşqçisi kimi fikrimi açıq şəkildə bildirməyim düzgün olmaz.
- Tək-tək ad çəkmək istəmirəm. “Qarabağ”ın milli üzvləri avrokubok oyunlarında pis çıxış etmədilər. Müdafiə xəttində etibarlı oynadılar. Bundan başqa, Riçard Almeyda çoxdan idi oynamırdı. Buna baxmayaraq, “Gent”lə görüşdə ən böyük iş əmsalı onda oldu. Digər klublardakı oyunçular da izlənilir. Hələ vaxta var. Düzdür, milli üzvlərinin vəziyyəti hələ tam ürəkaçan deyil. Ancaq yavaş-yavaş forma yığırlar.
- Çox ağır qrupdur və ilk turlarda favoritlərlə səfərdə üz-üzə gələcəyik. Bu baxımdan bizi çətin oyunlar gözləyir. Ancaq yenə də komanda şəklində ən yaxşısını edib, xallar qazanmağa çalışacağıq. (Report)
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |