“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji "Sent Etyen"in heyətində Fransa Liqa-2-də ardıcıl ikinci oyunda qol vurub.
Sportnet.az xəbər verir ki, o, evdə "Pau”nu 2:0 hesabı ilə məğlub etdikləri oyunda fərqlənib.
Bu, seneqallı hücumçunun cari mövsümdə 6-cı qolu olub.
“Sent Etyen” 25 oyundan sonra 30 xalla turnir cədvəlində 15-ci yeri tutur.