
Azərbaycan millisinin üzvü Anton Krivotsyuk yei klubu "Tecon Xana Sitizen"də debüt edib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Cənubi Koreyanın K1 Liqasının ilk turunda "Qanqvon"la görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb.
Qarșılaşma "Tecon Xana Sitizen"in qələbəsi ilə başa çatıb - 2:0.
Qeyd edək ki, Krivotsyuk bir neçə gün öncə Polşanın "Visla" (Plotsk) klubundan Cənubi Koreya təmsilçisinə keçib.