
Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev məşqçiliyə başlamaq qərarına gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə "report"a 34 yaşlı keçmiş hücumçunun özü deyib.
O bildirib ki, növbəti B kateqoriyalı məşqçi kursu üçün müraciət edəcək. Əliyev məşqçi kimi gələcəyini uşaq futbolunda görmədiyini sözlərinə əlavə edib: “Açığı, uşaqlarla işləmək istəmirəm. Gələcəkdə əsas komandalardan birində çalışmağı planlaşdırıram”.
Qeyd edək ki, son klubu “Kəpəz” olan Rauf Əliyev qış fasiləsində karyerasını başa vurduğunu açıqlayıb. O, 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qola imza atıb.