“Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Xüsusilə buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi. Biz də qol vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq. Hücumun son mərhələsində oyunçunun hansı qərarı verəcəyindən çox şey asılıdır. Biz bunu “Sabah”da gördük. Bu oyunun üzərində çox dayanmaq istəmirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 0:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis “Sabah”a qarşı oyunlarının alınmaması fikri ilə razılaşmayıb: "Biz çox çalışdıq. Bu gün ilk qolu rəqibin vurmasının qarşısını necə alacağımız barədə məşqlərdə danışmışdıq. Dəfələrlə futbolçulardan bunu başa düşüb-düşmədiklərini soruşdum. Onlar başa düşdüklərini söylədilər. Amma matçda məhz belə bir qol gördülər və bu, üzücüdür. Fasilədən sonra daha yaxşı oynamağa, rəqibə təzyiq göstərməyə başladıq. Qol vursaydıq, nəticə başqa cür ola bilərdi. Amma sonra öz qapımızda qollar gördük. Hesabın oyuna görə olduğunu əminliklə deyə bilmərəm. Biz də qol vursaydıq, daha yaxşı olardı".