London "Çelsi"si növbəti yay transfer pəncərəsində on bir futbolçu ilə yollarını ayırmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. "Çelsi"nin futbolçularından Benjamin Çilvell, Meyson Mount, Mateo Kovaçiç, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Ruben Loftus-Çik, Sezar Azpilikueta, Konor Qallaher, Hakim Ziyex, Kay Havertz və Rahim Sterlinq satışa çıxarılacaq.
Qeyd edək ki, bundan əvvəlki 2 transfer pəncərəsində “Çelsi” yeni futbolçuların alınmasına 611 milyon avro xərcləyib.Transfer bazarında belə aktivlik Todd Boulinin komandanın rəhbərliyinə gəlməsi ilə bağlıdır.
Əlavə edək ki, İngiltərə Premyer Liqasının cari mövsümündə "Çelsi" 26 oyunda 37 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.