
Bu gün Misli Premyer Liqasında XXVII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, turun açılış oyunu Sumqayıtda baş tutub. Yerli komanda çempionatın lideri “Qarabağ”ı qəbul edib.Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.
Bu nəticənin ardından Ağdam təmsilçisi xallarının sayını 71-ə çatdıraraq, liderliyini möhkəmləndirib. “Sumqayıt” isə 21 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Zirə" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşün ardından "Sabah" 62 xalla ikinci sıradakı yerini möhkəmləndirib. "Zirə" isə 37 xalla dördüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqası
XXVII tur
18:00. “Sumqayıt” – “Qarabağ” 0:6
QOLLAR: L.Andrade 7, 48, M.Qurbanlı 12,, 45+2, A. Zubir 22, R.Cica 89
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
20:30. “Zirə” – “Sabah” - 0:2
Qol: David Volkov, 52 (0:1), Coy Lens Mikels, 62 (0:2)
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.