Misli Premyer Liqasının XXVII turuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, günün tək matçı Qəbələdə keçirilib. Avrokubok iddiasında olan "qırmızı-qaralar" doğma meydanda çempionatda qalma mübarizəsi aparan "Şamax"ı ilə qarşılaşıb.
Ev sahibi komanda oyundan 2:0 hesabı ilə qalib ayrılıb. Hər iki qolu 18-ci və 45+1-ci dəqiqələrdə mərakeşli legioner Əyyub Alaş vurub.
33-cü dəqiqədə isə "Qəbələ"nin digər legioneri Rafael Utziq zədələnərək meydanı tərk edib.
Bu görüşün ardından xallarının sayını 36-ya çatdıran "Qəbələ" dördüncü pillədəki "Zirə" ilə xal fərqini minimuma endirib.
"Şamaxı" isə 20 xalla 9-cu pillədə qalıb.
17 mart (cümə)
17:00. “Qəbələ” – “Şamaxı” - 2:0
Qollar: Əyyub Allaş, 18; 45+1
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 17:00