
Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Eyndhoven" səfərdə "AZ Alkmaar"ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Eyndhoven" hazırda 47 xalla 6-cı pillədədir.
"AZ Alkmaar" (gənclər) - "Eyndhoven" - 1:1
Qollar: Daal, 73 - Dalhaus, 90