Cənubi Koreya çempionatında 4-cü turun görüşləri keçirilir.
Sportnet.az xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon Blyuinqz"in qonağı olub. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.
Anton Krivotsyuk də bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının ikinci qolunun ötürməsini edib.
Xallarını 8-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.