“Tottenhem”in bir neçə futbolçusu baş məşqçi Antonio Kontenin yaxın vaxtlarda klubu tərk etməsini istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Kontenin son mətbuat konfranslarının birində dediyi sözlər böyük rezonansa səbəb olub. Məşqçi futbolçularını eqoizmdə ittiham edib və onların qələbəyə qadir olmadığını bildirib.
Qeyd edək ki, Antonio 2021-ci ildən Premyer Liqa klubunu çalışdırır.