Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə qrup mərhələsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu yığma səfərdə Avstriya ilə üz-üzə gəlib.
Lints şəhərindəki “Raiffeisen Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 28-ci dəqiqədə Bəxtiyar Həsənalızadənin kobud səhvindən sonra Marsel Zabitser açıb. Bundan cəmi bir dəqiqə sonra Mixael Qreqoriç elə də qüvvətli olmayan zərbə ilə fərqi artırıb. Bu epizodda millinin debütant qapıçısı Yusif İmanov lazımi reaksiyanı verə bilməyib, 50-ci dəqiqədə Zabitser cərimə zərbəsindən baxımlı qola imza atıb.
64-cü dəqiqədə millinin kapitanı Emin Mahmudov rəqib qapıçı ilə təkbətəkdən fərqi azaldıb. Lakin cəmi 4 dəqiqə sonra Kristof Baumqartner yekun nəticəni müəyyənləşdirib.
Bu oyunda De Byazi yenicə Azərbaycan pasportu alan Azər Əliyevin də xidmətindən ilk dəfə yararlanıb. Əliyev meydana ikinci hissədə daxil olub. "Neftçi"nin digər yarımmüdafiəçisi Eddi İsrafilov isə 59-cu dəqiqədə zədələnərək, meydanı tərk etməli olub.
Beləliklə, Azərbaycan millisinin 5 oyunluq qələbə seriyası Avstriyada elə 5 qolun vurulduğu məğlubiyyətlə qırılıb.
AVRO-2020, seçmə mərhələ
F qrupu, I tur
23:45. Avstriya - Azərbaycan - 4:1
Qollar: Marsel Zabitser, 28; 50. Mixael Qreqoriç, 29. Kristof Baumqartner, 69 - Emin Mahmudov, 64
Baş hakim: Bartoş Frankovski
Baş hakinin köməkçiləri: Martsin Bonek, Yakub Vinkler
VAR: Pavel Raçkovski
AVAR: Krjiştof Mırmus
Dördüncü hakim: Damian Kos (hamısı Polşa)
Qeyd edək ki, qrupun digər görüşündə İsveç Belçikanı sınağa çəkəcək.