La Liqa "Barselona"dan FİFA-ya şikayət edə bilər.
Sportnet.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Liqa rəhbərliyi kataloniyalıların hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət verdiyini iddia edir və bununla bağlı Beynəlxalq Futbol Federasiyasına müraciət etməyi düşünür.
Bu halda "Barselona"ın xalları silinə və ya klub aşağı liqaya göndırilə bilər.
Daha əvvəl mətbuatda Kataloniya klubunun İspaniya hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiranın bank hesabına təxminən 17 il pul köçürməsi barədə məlumat yayılıb. Mətbuatın yazdığına görə, o, “Barselona”dan 7 milyon avrodan çox pul alıb. “Barselona” isə bu pulu Neqreyraya məsləhət xidmətləri üçün ödədiyini iddia edir.