"Turan Tovuz" klubu futbolçusu Şəhriyar Əliyevlə müqaviləni uzadıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı müdafiəçi mövsümünün sonunadək Qərb komandasının formasını geyinəcək.
Təcrübəli oyunçu klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Peşəkar rəhbərlik və baş məşqçi, eləcə də komanda ilə nəfəs alan azarkeş amilinə görə buraya ilk gəldiyimdə də tərəddüd etməmişdim. Fikrimcə qısa müddət ərzində özümüz haqqında müsbət fikir formalaşdıra bilmişik. Mövsümün sonuna hələ xeyli oyun var, mümkün qədər çox xal toplamağa çalışacağıq. Kubokda da mübarizəmizi davam etdiririk. Daha bir il burada olacağıma görə xoşbəxtəm. Ümid edirəm ki, çıxışımızla azarkeşlərimizi sevindirəcəyik və uzun müddət bu formanı geyinmək, bu forma altında uğurlar qazanmaq mənə nəsib olacaq”.
Qeyd edək ki, Şəhriyar Əliyev "Turan Tovuz"a bu mövsümün əvvəlində cəlb olunub.