
Ağdamın “Qarabağ” klubunun futbolçusu Marko Veşoviç “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, o, ikinci turda Monteneqro millisinin heyətində Serbiyaya qarşı ev matçında oynayıb. Otuz bir yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək mübarizə aparıb. M.Veşoviçin millidə 45-ci görüşündə komandası 0:2 hesabı ilə uduzub. Serbiyanın hər iki qolunu Duşan Vlahoviç (78 və 90+6 dəqiqə) vurub.
“Qarabağ”ın Monteneqro millisinin üzvü olan digər futbolçusu Marko Yankoviç isə zədəsi səbəbindən bu oyunu buraxıb.