
"Qalatasaray"ın prezidenti Dursun Özbek Bakıda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunundan növbəti dəfə danışıb.
Sportnet.az "Habertürk"ə istinadən xəbər verir ki, o ölkəmizdə çox yaxşı qarşılandıqlarını vurğulayıb:
"Keçən həftəsonu Azərbaycanda bir dostluq matçı oynadıq. İnanılmaz dərəcədə böyük bir maraq gördük. Buradan bütün azərbaycanlı qardaşlarıma, Prezident İlham Əliyevə, "Qarabağ" rəhbərliyinə salam göndərirəm. Bizi çox yaxşı qarşıladılar. Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini orada keçirilən oyunda göstərdik".
Qeyd edək ki, martın 26-da keçirilən "Qarabağ" - "Qalatasaray" oyununda İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Görüşdən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün ayrılacaq.