"Milan" futbolçusu Rafael Leau ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportnet.az "Relevo"ya istinadən xəbər verir ki, tərəflər artıq şifahi razılığa gəliblər. Portuqaliyalı hücumçu maaşı vergilərdən sonra ildə 5 milyon avro olacaq. Onun "Milan"la hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Bundan əlavə, klub Rafael Leaunun cəriməsinin məbləğini ödəyəcək. Futbolçu "Sportinq Lissabon"la müqaviləsini birtərəfli qaydada ləğv etdiyi üçün 19 milyon avro cərimələnib.
R.Leau bu mövsüm " Milan"ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 11 qol vurub və 8 qolun ötürməsini verib. O, A seriyasında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.