“Sabah”ı təbrik edirəm, çox vacib qalibiyyət əldə etdilər. Əfsuslar olsun, standartlardan çox qol buraxırıq. Baxmayaraq ki, futbolçulara xəbərdarlıq etmişdim. Çox sadə qollar buraxdıq. Görünür bu gün “Sabah” qalibiyyətə daha çox layiq idi. Futbolçularıma çox da etiraz edən deyiləm. 1 ildən çoxdur ki, bu komanda məğlub olmurdu".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXX turunda “Sabah”a 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransıda deyib.
"Qalib gəliblərsə, demək bu onların haqqıdır. Futbolçularıma hər hansı etirazım yoxdur. Bir ildən çoxdur uduzmurduq. İnanıram ki, bu məğlubiyyətin bizə çox faydası olacaq. 2-ci hissədə epizodlarımız oldu, yararlana bilmədik" - 51 yaşlı mütəxəssis əlavə edib.
Qurbanovun sözlərinə görə, Ozobiçin ehtiyyatda çox qalmasının ciddi bir səbəbi yoxdur: "Sadəcə, digər oyunçular özlərini daha yaxşı tərəfdən göstərirlər. Qarşıdaki oyunlarda onun da şansı olacaq. Şahruddin Məhəmmədəliyevə gəlincə, tam sağalıb, lakin həkimlərlə məsləhətdəşəciyik. Hər şey yaxşıya doğru gedir. Məşqlərə tam qoşulur".