"Yaxşı oyun oldu. Çox aqressiv və aktiv oyun alındı. Komandamız qalib gəldiyi üçün çox şadıq. Oyunun sonlarına yaxın gərginlik oldu. “Sabah”ın qalib gəlməsi tarixi oldu".
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Artur Olen Misli Premyer Liqasının XXX turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
"Bu, bizim üçün tarixi qalibiyyət idi. Kifayət qədər təhlükəli epizodumuz oldu. Qapıçımız da yaxşı çıxış etdi. Qələbəyə layiq idik. 6 oyunumuz qalıb. Hər oyunu qələbə üçün oynamalıyıq. Bütün oyunları udduğumuz halda çox xoşbəxt olarıq" - rusiyalı mütəxəssis əlavə edib.