"Sabah" və "Şamaxı" komandaları arasındakı Misli Premyer Liqasının XXXII tur matçında qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Murad Musayev 90-cı dəqiqədə referi Fərid Hacıyevə kəskin formada etiraz edib. O, komandasının futbolçusuna qarşı rəqib oyunçunun sərt davrandığını əyani formada göstərmək istəyib. Bu məqsədlə rusiyalı mütəxəssis öz köməkçisinin belinə tullanıb.
Hacıyev Musayevin bu hərəkətini sarı vərəqə ilə dəyərləndirib. Lakin baş məşqçi etirazlarını davam etdirib və nəticədə qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Murad Musayev çılğın davranışı səbəbindən daha əvvəl də qırmızı vərəqə alıb.