
"Milan" futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya klubu ilə müqaviləsini uzatmaq istəyir.
Sportnet.az xəbər verir ki, təcrübəli hücumçu “Milan”la müqaviləni daha bir mövsüm uzatmaq niyyətindədir. Onun müqaviləsi 2023-cü ilin ortalarına qədərdir. Qeyd olunur ki, Milan klubu ilə razılaşmaq mümkün olmasa, İbrahimoviç özünə yeni komanda axtaracaq.
İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. Hazırda hücumçu "Milan"da çıxış edir. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.