"Kəpəz" komandasının Qəbələdə "Sabah"la keçirdiyi Misli Premyer Liqasının XXXIII tur matçında mübahisəli epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, oyunun ikinci hissəsində Gəncə təmsilçisinin hücumu zamanı top qapı xəttindən keçib.
Lakin VAR görüntülərinə rəğmən, qol qeydə alınmayıb.
Qeyd edək ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 3:0.