
PSJ klubunun ulduz futbolçusu Lionel Messi komanda ilə məşqə çıxıb.
Sportnet.az xəbər verir ki, bu barədə Paris təmsilçisi rəsmi tviter hesabında paylaşım edib.
Ölkə çempionu 36 yaşlı hücumçunun oyun və məşqdən uzaqlaşdırılmasını iki həftədən birə endirib.
Qeyd edək ki, Messi evdə "Loryan"a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra düşərgəni icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanmışdı. Daha sonra klub onu cəzalandırıb. Ardınca argentinalı futbolçu üzr istəmişdi.
Təcrübəli forvard cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.