"Çelsi"nin futbolçusu Mateo Kovaçiç bu mövsümün sonunda klubdan ayrılacaq.
Sportnet.az "Guardian"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi London təmsilçisinin rəhbərliyinə bu qərarını bildirib. Rəhbərlik onun "Çelsi"dən ayrılmasına razılıq verib.
Kovaçiçlə "Bavariya", "Mançester Siti" və "Mançester Yunayted"in maraqlandığı bildirilir. Xorvat oyunçunun klubu müqaviləsi gələn ilin yayında başa çatır.
Qeyd edək ki, futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.