
Bu gün "Sabah"la Türkiyənin "Beşiktaş" klubu arasında yoldaşlıq matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 18:00-da başlayacaq. Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov, köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami, dördüncü hakim isə İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Əlavə edək ki, "Sabah" Misli Premyer Liqasında 2-ci, "Beşiktaş" Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.
13 may
18:00. "Sabah" - "Beşiktaş" 3:3
Qol: Aleksey Kaşuk, 3, 5. David Volkov, 70 - Umut Meraş, 23, 44. Cenk Tosun, 63
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu