
“Ayaçço” Liqa 1-in 35-ci turunun matçında PSJ-yə məğlub olaraq (0:5) elitada qalmaq üçün bütün şanslarını itirib.
Sportnet.az xəbər verir ki, “Ayaçço” mövsümün sonuna 3 tur qalmış 23 xalla 18-ci pillədə qərarlaşıb. 16-cı yerdə olan “Oser”in isə aktivində 34 xal var.
Qeyd edək ki, daha əvvəl”Anje”nin də aşağı diviziona düşəcəyi dəqiqləşib.