"Tottenhem"un futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının rekordunu təkrarlayıb.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, ingilis hücumçu bunu 26-cı turda "Aston Villa"ya uduzduqları (1:2) görüşdə bacarıb.
Komandasının yeganə qolunu vuran Keyn bu mövsüm 24-cü matçda fərqlənib. O, bu göstəricidə "Liverpul"un futbolçusu Məhəmməd Salahın rekordunu təkrarlayıb.
Qeyd edək ki, Keyn bu mövsüm çempionatda 36 oyunda 27 qol vurub.