
"Tottenhem"in futbolçusu Uqo Lloris yayda klubu tərk edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Llorisin "Tottenhem"lə müqaviləsi 2024-cü ilə qədərdir. Lakin klub qapıçıya karyerasını davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə icazə verəcək. Futbolçu karyerasını bitirmək niyyətində deyil. Lakin psixoloji gərginlik yaşayır.
Daha əvvəl 36 yaşlı qolkiperin Səudiyyə Ərəbistanının bir klubundan maaşını 3 dəfə artırmaqla təklif aldığı bildirilirdi. "Tottenhem"də o, həftədə təxminən 100 min funt sterlinq qazanır.
Qeyd edək ki, 2012-ci ildən London təmsilçisində oynayan fransalı qolkiper mayın əvvəlində zədə səbəbindən mövsümü erkən başa vurub.