
"Yuventus"un futbolçusu Pol Poqba yenidən zədələnib.
Sportnet.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, dünən A seriyasının 35-ci turunda "Kremoneze" ilə matçın (2:0) 24-cü dəqiqəsində sıradan çıxıb. 30 yaşlı yarımmüdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib.
Bildirilir ki, Poqba bu mövsüm daha meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Poqba 2022-ci ilin aprelindən yaşıl meydanlardan kənarda qalmışdı. O, həmin vaxtdan sonra ilk dəfə dünən matçda iştirak edib.