Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Konyaspor"un heyətində Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, XXXIV tur matçında rəqib "Alanyaspor" olub.
"Konyaspor" səfər qarşılaşmasından böyük hesablı qələbə ilə ayrılıb - 3:0.
Emreli start heyətdə yer alıb və 63-cü dəqiqədə əvəzlənib.