PSJ-nin icarə əsasında "Qalatasaray"da çıxış edən futbolçusu Mauro İkardi haqqında yeni transfer iddiaları ortaya çıxıb.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun "Boka Xuniors"a (Argentina) keçəcəyi yazılır.
Forvardın fanatlarından biri sosial şəbəkədə ona bu haqda sual verərək iddiaların doğru olub-olmadığını soruşub. İkardi isə cavabında həmin məlumatları təkzib edib: "Heç bir klubla danışıqlar aparmamışam. Bu məlumatlar yanlışdır".
Qeyd edək ki, İkardi ötən ilin sentyabr ayından "Qalatasaray"da oynayır. Onun icarə müqaviləsi bu mövsümün sonuna qədərdir.