Çempionlar Liqasının bu mövsüm keçiriləcək finalında qeyri-adi hadisə baş verəcək.
Sportnet.az "OptaJoe"yə istinadən xəbər verir ki, bu görüş finalçılar "Mançester Siti" və "İnter" arasında ilk rəsmi oyun olacaq. Buna qədər komandalar yalnız yoldaşlıq görüşlərində qarşılaşıblar.
Son 18 ildə ilk dəfədir ki, Avropanın əsas klub turnirinin finalında belə hal baş verəcək.
Qeyd edək ki, ÇL-in finalı iyunun 10-u İstanbulda keçiriləcək.