Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə 3 komandadan futbolçular yer alıb.
Siyahıya "Mançester Siti"yə 0:4 hesabı ilə uduzam "Real"ın futbolçularından heç kim düşməyib.
Qapıçı: Ederson ("Mançester Siti")
Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan")
Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter")
Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.