
Bu gün Misli Premyer Liqasında 35-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Kəpəz" "Neftçi"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb- 3:1.
Hesabı fasilə ərəfəsində Gəncə komandasından Abdullahi Şuaybu açsa da, paytaxt təmsilçisi fasilədən sonra əvəzini artıqlaması ilə çıxıb. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir göstərməyib. "Neftçi" 35 oyundan 65 xalla 3-cü, "Kəpəz" 28 xalla 7-cidir.
Turun digər 4 oyunu isə sabah olacaq.
Qeyd edək ki, "Qarabağ" artıq ötən tur çempionluğu rəsmiləşdirib.
Misli Premyer Liqası, 35-ci tur
21 may (bazar)
18:00. “Kəpəz” – “Neftçi” 1:3
Qol: Abdullahi Şuaybu, 45+4. - Ata Caber, 64. Ömər Buludov, 87. Kilan Lebon, 90+4.
Qəbələ şəhər stadionu