
Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Münhen təmsilçisi mövsümün sonunda "Leyptsiq"lə müqaviləsi başa çatan Konrad Laymerin keçidini həll edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında artıq sözləşmə də imzalanıb. Rəsmi açıqlamanın mövsüm bitdikdən sonra ediləcəyi bildirilir.
Qeyd edək ki, "Leyptsiq" Konrad Laymeri 2017-ci ilin yayında "Zaltsburq"dan transfer edib. 25 yaşlı avstriyalı yarımmüdafiəçi cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.