"İnter" baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az "ITASportPress"ə istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Cüzeppe Marotta məlumat verib. O, mütəxəssisin növbəti mövsüm də komandanı çalışdıracağını bildirib: “Biz Simoneni işdən çıxarmağı planlaşdırmırıq. Klub mövqeyini gücləndirdi, bu, göz qabağındadır. İnzaqi yüz faiz komandada qalacaq. O, gələn mövsüm də “İnter”i çalışdıracaq”.