
"Qalatasaray" PSJ-dən bu mövsümün əvvəlində icarəyə götürdüyünü Mauro İkardini birdəfəlik almaq istəyir.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçu üçün 10 milyon avroya yaxın ödəməyə hazırdır. Bildirilib ki, klub yaxşı oyunu və komanda yoldaşları ilə mehriban münasibətinə görə oyunçu ilə 3 illik yeni müqavilə imzalamağı planlaşdırır. O, buna razılıq versə, ilinə 4-5 milyon avro maaş alacaq.