
Çexiya çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, "Sparta"dır. Praqa təmsilçisi Çexiya Birinci Liqasının pley-off mərhələsinin 4-cü turunda "Slovakko" ilə heç-heçə (0:0) edib. Bununla da xalını 78-ə yüksəldən komanda tarixində 37-ci dəfə ölkə çempionu olub.