
Türkiyənin "Fatih Karagümrük" klubu baş məşqçisi Andrea Pirlo ilə yolları ayırıb.
Sportnet.az xəəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə yenilənməyib.
"Fatih Karagümrük" mövsümün sonuna 3 qalmış 44 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisini çalışdırırdı. O, 2021/2022 mövsümündə "Yuventus"un baş məşqçisi olub.