
Türkiyə kubokunda növbəti finalçı da müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinalın 2-ci cavab oyununda "Başakşehir" "Ankaragücü"nü qəbul edib. Bu komandalar arasında ilk görüşdə İstanbul klubu 1:0 hesabı ilə qalib gəlmişdi. Cavab qarşılaşmasının əsas vaxtı Ankara təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 qol vuran "Başakşehir" finala yüksəlib - 2:2.