
Daiti Kamada azad agent kimi “Milan”a keçəcək. Sportnet.az xəbər veirr ki, Yaponiya millisinin 26 yaşlı üzvü İtaliya klubu ilə 5 illik müaviləyə imza atacaq.
Yarımmüdafiəçinin “Ayntraxt”la anlaşması iyunda başa çatır.
“Milan” Kamada uğrunda mübarizədə “Atletiko”nu qabaqlayıb. Futbolçu “Borussiya Dortmund”un da sərfəli təklifindən imtina edib.
Kamada ötən mövsüm Bundesliqada 32 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə verib.